Dünyanın ən yaxşı universitetlərinin siyahısında bizim universitetlər

Dünyanın ən yaxşı universitetlərinin siyahısında bizim universitetlər - 1

Oksford universiteti növbəti dəfə “Times Higher Education” (THE World University Rankings 2022) versiyası üzrə dünyanın 200 ən yaxşı universiteti siyahısının lideri olub.

“Report” xəbər verir ki, bu barədə jurnalın saytında məlumat verilib.

Ən yaxşı universitetlərin ilk 5-liyinə həmçinin Kaliforniya Texnologiya İnstitutu (ABŞ), Harvard Universiteti (ABŞ), Stenford Universiteti (ABŞ) və Kembric Universiteti (Böyük Britaniya) də daxil olub.

Növbəti pillələri Massaçusets Texnologiya İnstitutu (ABŞ), Priston Universiteti (ABŞ), Berkli Kaliforniya Universiteti (ABŞ), Yel Universiteti (ABŞ) tutub. İlk 10-luğu Çikaqo Universiteti (ABŞ) qapayıb.

Dünyanın ən yaxşı universitetləri siyahısına Azərbaycanın 5 ali təhsil müəssisəsi daxil olub. Belə ki, Bakı Dövlət Universiteti 2112 universitet arasında 1247-ci yeri tutub. Siyahıda həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti və Qərbi Kaspi Universiteti də yer alıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu il neçə tələbənin xaricə göndərilməsi nəzərdə tutulur?

Bu il neçə tələbənin xaricə göndərilməsi nəzərdə tutulur?

“Birinci dövlət proqramı vasitəsilə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdaraq burada işləyiblər. Yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı nüanslar da nəzərə alınacaq”...

Təhsil almaq üçün xaricə tələbələr göndəriləcəkmi?

Təhsil almaq üçün xaricə tələbələr göndəriləcəkmi?

“Xaricdə təhsil alan məzun kimi deyə bilərəm ki, bu proqramın icrası bir çox azərbaycanlı gəncin həyatını yaxşı mənada dəyişib”. “Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ...

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Sabahdan məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır. “Report” xəbər verir ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil...