tehsil_xeberleri_metn Türkiyə-Azərbaycan Universiteti harada fəaliyyət göstərəcək?

Türkiyə-Azərbaycan Universiteti harada fəaliyyət göstərəcək?

Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda yox, regionda tikilsin.

“Report”xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin fikrincə, Türkiyə-Azərbaycan Universiteti Bakıda deyil, regionda fəaliyyət göstərməlidir:

“Azərbaycanda bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına ciddi ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur. Həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox, regionda tikilsin. Ümumiyyətlə, təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.

Hesab edirəm ki, biz bu universiteti yaradarkən, bunu qardaş ölkə ilə universitet yaratmaq xatirinə etməməliyik. Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Daha peşəkar və prestijli universitetlər yaratmaqla, Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik”.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...

Ötən ay neçə nəfərin diplomu tanınmayıb?

Ötən ay neçə nəfərin diplomu tanınmayıb?

Mart ayı üzrə 313 müraciətçinin ..-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, ... nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.