
Agentlik əvvəlki illərdə diplomları tanınmayan xaricdə təhsil alanlara müraciət edib
Əvvəlki müddətdə xaricdə təhsil almış və mənfi qərar verilən şəxslər diplomlarının tanınması üçün təkrar müraciət edə bilər. “Report” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.