tehsil_xeberleri_metn “MİNAHACK” hakatonundan minatəmizləmə işinə töhfə

“MİNAHACK” hakatonundan minatəmizləmə işinə töhfə

“MİNAHACK” hakatonundan minatəmizləmə işinə töhfə

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (ETİ) və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə “MİNAHACK” hakatonunun yekun tədbiri keçirilib.

UNEC-dənAZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev İli”nə həsr olunan “MİNAHACK” hakatonunun məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılmasına, torpağın minalardan təmizlənməsinə texnoloji ideyalar və həllər təklif etmək olub. İki gün davam edən hakatonda 12 universitet və elmi-tədqiqat institutunun 9 komandası iştirak edib.

Universitetin rektoru professor Ədalət Muradov Qarabağın minalardan təmizlənməsi üçün yeni yanaşmalara, müasir texnologiyaların tətbiqinə ehtiyac olduğunu bildirərək problemin həllinə məhz gənclərin töhfə verə biləcəklərindən əminliyini ifadə edib: “Müasir texnologiyaların inkişafı imkan verir ki, bu günə qədər tətbiq edilməyən yanaşmaların reallaşmasına imza ataq. Bu baxımdan gənclərimizə güvənirik və əminəm ki, problemin həllini məhz gənclər təqdim edəcəklər”.

Ə.Muradov hakatonda Qarabağ qazilərinin və UNEC-lə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələrinin iştirakını xüsusi məqam kimi vurğulayıb.

Müdafiə Sənayesi Nazirliyi ETİ-nin direktoru professor Mürsəl Əliyev layihə ilə bağlı işlərin davam etdiriləcəyini, bu istiqamətdə xarici ölkələrin elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin qurulacağını diqqətə çatdırıb.

“Bank of Baku”nun İdarə Heyətinin sədri Yunus Əmrə Filizoğlu təqdim olunan layihələrin Vətənə xidmət, daha yaxşı gələcək naminə olduğunu deyib.

Çıxışlardan sonra qalib komandalar açıqlanıb. Birinci yerin sahibi “Dianon radiometri” layihəsi olub. Layihə əsasında hazırlanan cihaz vasitəsilə ərazidə yerləşdirilmiş partlamamış sursatların və minaların tərkibində olan partladıcı maddələri aşkar etmək mümkün olacaq.

Qaliblər kubok, hədiyyələr və pul mükafatı əldə ediblər. Hakatonda iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...