Təhsil Nazirliyindən məktəblilərə mükafatlar

Təhsil Nazirliyindən məktəblilərə mükafatlar

Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələri yekunlaşıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, yanvarın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Tədbirdə həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Riyaziyyat fənni üzrə keçirilən müsabiqədə Bakı və Sumqayıtın 34 məktəbi təmsil olunub. Bu məktəblər VI, VII və VIII siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə bilik yarışına qatılıb. Fizika, kimya və biologiya fənn müsabiqələrində Bakı və Sumqayıt şəhərləri üzrə 29 məktəbdən 261 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən, məktəblər VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə təmsil olunub.Fizika-riyaziyyat və informatika, Kimya və biologiya təmayüllü liseylərdə 3 mərhələdə keçirilən müsabiqələrdə ümumilikdə 531 şagird iştirak edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Qarabağ Universitetində daha iki vakansiya var

Qarabağ Universitetində daha iki vakansiya var

Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib. Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər ətraflı məlumatla nazirliyin rəsmi...

Şahbuzda məktəb direktoru çıxarılıb - SƏBƏB

Şahbuzda məktəb direktoru çıxarılıb - SƏBƏB

Şahbuz rayonunda məktəb direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru ...