TQDK ləğv ediləcək !?

TQDK ləğv ediləcək !?

Yeni ildən tələbə qəbulunu Təhsil Nazirliyi aparacaq.

Hökumətdə növbəti struktur dəyişiklik gözlənilir. Bir-birini qismən və tamamilə təkrarlayan nazirlik, komitə, idarə və digər dövlət təşkilatlarının birləşdiriləcəyi haqqında bir müüdət əvvəl də yazmışdıq. Artıq Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olundu və səlahiyyətləri iki dövlət strukturu arasında bölüşdürüldü. Ardınca “Azərenerji” SC və “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC yaradıldı.
Bu istiqamətdə “xeberinfo.com”a yeni məlumat daxil olub. Məlumata görə növbə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına (TQDK) çatıb. Bu qurumun yaxın vaxtda ləğv edilərək, səlahiyyətlərinin Təhsil Nazirliyinə veriləcəyi gözlənilir. Hətta bu səbəbdən TQDK-nın fəaliyyəti de-fakto dondurulub. Məleykə Abbaszadəyə isə heç bir əhəmiyyətli addım atmamaq tapşırılıb. Artıq Nazirlər Kabinetində əsas müzakirə obyektinin məhz bu məsələ olduğu deyilir. Daha doğrusu əsas qərar qəbul olunub, qalır Təhsil Nazirliyində aparılacaq struktur dəyişiklik. Mikayıl Cabbarovun rəhbərliyi altında bu məqsədlə yeni idarə yaradılacaq.
Bu dəyişikliklə TQDK əməkdaşlarının əksər qismi işsiz qalmayacaq. Onların Təhsil Nazirliyində yaradılacaq idarədə işlə təmin olunacağı da gözlənilir.
O ki, qaldı Mikayıl Cabbarovun tələbə qəbulu kimi ağır bir yükü nə dərəcədə çəkə biləcəyinə, yaşayıb görərik.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......