50 məktəbdə tətbiq ediləcək mükəmməl yeniliklər nədir?

50 məktəbdə tətbiq ediləcək mükəmməl yeniliklər nədir?

2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Təhsil nazirinin əmrinə əsasən, tədrisin təmayüllər üzrə təşkil olunacağı həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün tədris planları təsdiq edilib və fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. 2016-2017-ci dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək.

Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işləri aparılıb, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlər görülüb, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlər təşkil olunub.

Tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb və sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır.

  • Paylaşmağı unutma

Səhr yaz

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib. Bununla bağlı "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

On minlərlə gənc peşə təhsilindən kənarda qalıb

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir"....

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Magistraturaya qəbul imtahanının yekun nəticələri

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-də keçirilən qəbul imtahanının yekun nəticələrini elan edib. "Report" xəbər verir ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.