tehsil_xeberleri_metn Pedaqoji fakültələrə qəbul dayandırıla bilər – Deputatdan açıqlama

Pedaqoji fakültələrə qəbul dayandırıla bilər – Deputatdan açıqlama

Pedaqoji fakültələrə qəbul dayandırıla bilər – Deputatdan açıqlama

Milli Məclisin sabiq deputatı Sona Əliyeva maraqlı fakt açıqlayıb. Keçmiş parlamentari deyib ki, hazırda Azərbaycanda 60 min müəllim işsizdir.

Sona Əliyevanın bu açıqlaması müzakirələrə səbəb oldu. İşsiz müəllimlərin sayının iləbil artması səbəbindən müxtəlif təkliflər irəli sürülür. Müzakirələr zamanı pedaqoji fakültələrə qəbulun dayandırmasını, hətta sovet dövründə olduğu kimi məcburi təyinatının tətbiqini təklif edənlər də var.

Bu nə dərəcədə doğrudur?

Azərbaycanda işsiz müəllimlərin sayının artmasının qarşısını almaq üçün bir neçə il pedaqoji fakültələrə qəbulu dayandırmaq olarmı?

Müəllimləri işlə təmin etmək üçün nə etmək lazımdır?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında deyib ki, ümumi qəbulun dayandırılması kökündən yanlış olan bir fikirdir:

“Ümumiyyətlə, qəbulun dayandırılması kökündəm yanlış bir fikirdir. Belə bir addımı atmaq olmaz. Bu addımı atmaq yanlışdır. Biz belə bir addıma getməməliyik. Bu fikirlə razı deyiləm”.

Deputatın sözlərinə görə, artıq kvota məsələsi gündəmə gətirilməlidir:

“Sadəcə bu gün kvota məsələsini gündəmə gətirə bilərik. Əvvəl də bu fikri bildirmişdim. Yəni biz hər il araşdırma aparıb, vəziyyəti təhlil etməliyik. Bu gün 120 minə qədər coğrafiya, tarix müəlliminə ehtiyacımız var. Başqa sahələr üzrə də belədir. Ehtiyaclarımızın nə qədər olduğunu dəqiqləşdirmək üçün təhlil aparmalıyıq”.

C.Məmmədov qeyd edib ki, qəbul yerlərinin sayı nisbətən azaldıla bilər:

“Qəbulu tamamilə dayandırmaq çıxış yolu deyil. Yerlərin sayını nisbətən azalda bilərik. Tənzimləmə aparıla bilər. Amma ümumilikdə prosesin qarşısını almaq kökündən yanlış olar. Bu barədə ciddi düşünməliyik”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...