Nazir müavini elmin qapılarını gənclərə açmağa çağırıb

"Elmin inkişafı üçün gələcək haqqında xülya qurmaq lazımdır. Bu sahənin qapılarını gənclərə açmaqla onların tədqiqatçılıq bacarıqlarından istifadə etməsini şərait yaratmış olarıq".

“Report”xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sadəcə, 30 il bundan əvvəl insanlar adi havanı proqnoz edə bilirdilərsə, artıq bu gün kosmik havadan söhbət aparmaq mümkündür: "Bu da cəmiyyətin, eləcə də bəşəriyyətin sürətli inkişafından xəbər verir. Belə inkişafla yanaşı, etik dəyərlər, gənclərin fəlsəfi inkişafı və etik davranışı da vacib məsələyə çevrilmiş olur. Bu gün kosmik havadan çox asılıyıq. Bəşəriyyətin bilik baxımından kosmosa çox yaxınlaşdığını tədqiq edirik. Alətlər və kosmik instrumentlər də bundan asılıdır. Maqnit cərəyanların həyata o qədər təsiri var ki, proqnozlar vaxtında müəyyənləşdirilməsə, böyük çətinlik və fəlakətlərlə üzləşə bilərik".

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...