tehsil_xeberleri_metn Müəlimlər yeni növ vergi ödəyəcək - Təhsil xəbərləri

Müəlimlər yeni növ vergi ödəyəcək

Müəlimlər yeni növ vergi ödəyəcək

Azərbaycanda 10 minlərlə fərdi fəaliyyət göstərən usta, repetitor müəllim, tərcüməçi və digər bu tipli peşə sahibləri var. Onlar hər hansı vergi ödəməsələr də, artıq Vergilər Nazirliyi bu istiqamətdə işlərə başlayacaq.

Ustalar, repetitorlar, cangüdənlər, xırdavat alverçiləri və digər qeyri-rəsmi əmək haqqı alanlar vergiyə cəlb olunacaq.

Ölkədə bu fəaliyyətlə məşğul olan 10 minlərlə insan var. Onların əksəriyyəti vergi uçotuna dayanmayıb və gəlirləri tam açıqlanmır. Onların vergiyə cəlb olunmasını asanlaşdırmaq üçün sadələşdirilmiş vergi forması tətbiq ediləcək. İqtisadçılar bunun dövlət büdcəsinə milyonlarla manat vəsait gətirəcəyini qeyd edirlər.

Vergi subyekti olmaq üçün sözügedən şəxslərin elektron qeydiyyatdan keçib, VÖEN almaları və mədaxil orderi açmaları kifayətdir. Belə şəxslərin Bakıda, yoxsa regionlarda fəaliyyət göstərməsi də onların ödəyəcəyi vergi miqdarına təsir edəcək. Bakıdan kənarda işləyənlər dövriyyələrinin 2 faizini ödəməli olacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...