no source to take refreal data Məktəblərdə peşəyönümlü siniflər yaradılacaq - Təhsil xəbərləri

Məktəblərdə peşəyönümlü siniflər yaradılacaq

Məktəblərdə peşəyönümlü siniflər yaradılacaq - 1

Təhsil Nazirliyi hazırda orta məktəblərdə peşəyönümlü siniflərin yaradılması istiqamətində işlər aparır. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

Nazir müavininin sözlərinə görə, peşə təhsili sahəsində təklif olunan ixtisasların sayı kifayət qədər çoxdur. C.Bayramov bildirib ki, orta məktəblər səviyyəsində peşə siniflərinin istiqamətləri daha məhdud ola bilər. Çünki hər bir peşə istiqaməti üzrə orta məktəb bazasında peşə təhsili vermək imkanı olmaya bilər: "Hazırda bu istiqamətdə tədqiqatlar aparılır. Geniş məlumat vermək hələlik mümkün deyil. Çünki bu məsələnin tətbiqi bir sıra amillərdən asılıdır. Bölgələrdə ilk peşə ixtisas təhsili müəssisələrinin mövcudluğu, onların bütün istiqamətlər üzrə peşə təhsili vermə imkanının olub-olmaması, hənin ərazidə insanların bu və digər peşəyə təlabatları, tələb və təklif nəzərə alınmaqla, ucqar yerlərdə olan insanların peşə təhsili almasında olan problemləri aradan qaldırmaq üçün işlər görülür. Təbii ki, bu məsələ ciddi təhlil tələb edir".

C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi artıq əlavə ştatlar yaradılmamaq şərti ilə nazirliyin daxili imkanları hesabına, digər istiqamətlərdə olan vakant yerlər istifadə olunmaqla Peşə Təhsili Dövlət Agentliyinin yaradılması üçün hökümətə təkliflər göndərib: "Hazırda müvafiq nazirliklər bu məsələyə baxır. Hesab edirik ki, yaxın zamanlarda agentlyiin yaradılması ilə bağlı müsbət qərarın veriləcək".

İlhamə İsbalayeva

  • Paylaşmağı unutma

Səhr yaz

AMEA-nın yeni Nizamnamə layihəsi Prezidentə təqdim ediləcək

AMEA-nın yeni Nizamnamə layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən Ümumi yığıncağında təsdiqlənən yeni Nizamnamə layihəsi Azərbaycan Prezidentinə təqdim ediləcək. "Report"un xəbərinə görə, toplantıda AMEA-nın yeni Nizamnamə layihəsini qurumun vitse-prezidenti...

Bu gün Günəş tutulacaq

Bu gün Günəş tutulacaq

Bu gün Günəş tutulması baş verəcək.“Report”un xəbərinə görə, bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq.Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək.