Lisey və gimnaziyalarda çalışmaq daha sərfəli olacaq

Lisey və gimnaziyalarda çalışmaq daha sərfəli olacaq - 1

“Bəzi müəllimlər var ki, onların maaşı əhəmiyyətli dərəcədə artacaq”.

“Report” xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

“Çünki həmin müəllimlərin vəzifə maaşlarının üstünə əlavələr gəlir. Xüsusən lisey və gimnaziyalarda çalışan 5 200 müəllimin maaşlarına 15 faiz əlavə edilir. Beləliklə də onların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq.

Eyni zamanda xüsusi təhsil müəssələrində çalışan təxminən 1 400 müəllimin vəzifə maaşları da 50 faiz artacaq. Bu artım nəticəsində lisey və gimnaziyalarda çalışan ali təhsilli müəllimlərin maaşı təxminən 950-1000 manat olacaq. Xüsusi təhsil müəssələrində çalışan müəllimlərin maaşı isə 1200-1 250 manat olacaq”, - o vuğulayıb.

“Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşı 480-500 manat civarına qalxacaq. Dövlət ümumi təhsil müəssisələrində çalışan vahid tarif sorğu cədvəli əsasında əmək haqqı alan heyətin sayı 70 minə yaxındır. Minimum əməkhaqqı artdığı üçün vahid tarif sorğu cədvəlində də artım olacaq. Beləliklə, həmin heyətin əmək haqları 450 manat civarına qalxacaq. Hər iki qrup üzrə dövlət ümumi təhsil müəssisələrində əmək haqqı artımına 320 milyon manatdan artıq vəsait sərf ediləcək”, - nazir müavini bildirib.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...