tehsil_xeberleri_metn «Dərs evi» tədris mərkəzini seçmək üçün 7 mühüm səbəb

«Dərs evi» tədris mərkəzini seçmək üçün 7 mühüm səbəb

«Dərs evi» tədris mərkəzini seçmək üçün 7 mühüm səbəb

Abituriyentlər qəbul imtahanlarına nəyə görə məhz “Dərs evi” tədris mərkəzində hazırlaşmalıdır — bir neçə əsaslı səbəb.

“Dərs evi” tədris mərkəzi fəaliyyətinə noyabrın sonunda başladı. Mərkəzin əsas məqsədi abituriyentləri həyatlarının ən mühüm məqamlarından biri olan qəbul imtahanlarına hazırlaşdırmaqdır. “Dərs Evi” tədris sistemini digər hazırlıq kursları və repetitorlarla müqayisədə fərqləndirənxüsusiyyət və üstünlüklər hansılardır? Məqaləmiz məhz bu mövzuya həsr olunub.

Fərq № 1. Unikal metodika.

Standart yanaşmadan fərqli olaraq “Dərs Evi” çox effektiv Qərb metodikalarına əsasən çalışır, yəni hər şeyqəbul imtahanlarını uğurla verməkməqsədinə yönəlib. Buna görə də mərkəzdə yalnız lazımi biliklər tədris olunur, abituriyentlər artıq məlumatlarla deyil, yalnız imtahanlarda zəruri ola biləcək informasiya ilə təmin edilir. Bundan başqa, tədris prosesinin özü də daha yaradıcı yanaşma və interaktivliyi nəzərdə tutur ki, bu da abituriyentlərin keçdiyi dərslərə qarşı maraq oyadır.

Fərq № 2. İmtahanın özünə hazırlıq

“Dərs Evi” mütəxəssisləri əmindirlər ki, fənləri tədris etmək və imtahana hazırlaşdırmaq arasında böyük fərq var. İmtahanın sirlərini başa düşmək fənn biliklərini ballara çevirmək deməkdir. “Dərs Evi” hər ikisini uğurla həyata keçirir.

Fərq № 3 Psixoloji hazırlıq.

“Dərs Evi”ndə abituriyentin psixoloji durumu və stressə qarşı davamlılığına xüsusi diqqət yetirilir. Abituriyent nəinki imtahana psixoloji hazır olmalı, həmçinin özünə inanmalıdır. O, imtahanda problem yarandığı halda nə edəcəyini bilməli, streslə mübarizə aparmağı, vaxtını düzgün bölüşdürməyi bacarmalıdır. “Dərs Evi”ndə psixoloji hazırlıq digər hazırlıq kursları və ya repetitorlardan fərqli olaraq tədris proqramının sonunda deyil, ilk günlərdən abituriyentin tədris proqramına daxil edilmişdir.

Fərq № 4. Müəllimlər.

“Dərs Evi” tədris mərkəzinin müəllimləri yüksək ixtisaslı peşəkarlardır və onlar xüsusi seçim turlarından keçdikdən sonra 3 aylıq təlim proqramını müvəffəqiyyətlə bitirmişlər. Bu müəllimlər sinfin liderləridir və onların araxasında proqramın və materialların üzərində işləyən bir sıra mütəxəssislərin çoxillik təcrübəsi durur.

Fərq № 5. Beynəlxalq təcrübəli ekspertlər

“Dərs Evi”ndə təhsil sahəsində və o cümlədən qeyri-standart hazırlıq metodikası istiqamətində böyük təcrübəyə malik beynəlxalq mütəxəssislər komandası çalışır. Yerli və xarici mütəxəssislərdən ibarət heyət, vahid komanda şəklində imtahanın taktiki və strateji məqamlarını əhatə edən effektiv tədris prosesi üzərində çalışır.

Fərq № 6. Effektiv tədris prosesi.

Qısa müddətdə maksimum nəticə əldə etmək üçün, qərbdə artıq istifadə olunan, lakin Azərbaycanda çox az rast gəlinən tədris sistemindən istifadə olunur. Tədris prosesi tapşırıq yönümlüdür. Bu o deməkdir ki, nəzəriyyəninöyrənilməsivətestlərinhəlledilməsiprosesləriayrılmazdır – nəzəriyyəizaholunurvədərhalonuntesttapşırıqlarınınhəllindətətbiqigöstərilir. Tapşırıqların verilməsi, dərs zamanı həll olunması və imtahanda tətbiqi yolları dəqiqliklə düşünülmüş və planlaşdırılmışdır.

Fərq № 7. Müasir tədris mərkəzi

“Dərs Evi” ən son texnologiya ilə təchiz olunmuş müasir tədris mərkəzidir. Mərkəzdə kitabxana və kafeteriya fəaliyyət göstərir, dərslər və hazırlıq məşğələləri üçün müasir sinif otaqları abituriyentlərin xidmətindədir.

Yanvar ayında başlayacaq intensiv kurslara qeydiyyat davam edir. Ətraflı məlumat üçün *3377 nömrəsinə zəng etməyiniz və ya Hüseyn Cavid pr., “Mirvari Park” yaşayış kompleksi ünvanında yerləşən “Dərs Evi” tədris mərkəzinə təşrif buyurmağınız kifayətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...