Bu il işğaldan azad edilmiş ərazilərdə bir neçə məktəb istifadəyə veriləcək

İşğaldan azad edilmiş ərazilərdə tikilən təhsil müəssisələrinin bir qismi bu il istifadəyə veriləcək.

AZƏRTACxəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev "Təhsil masası"nda deyib. Onun sözlərinə görə, Suqovuşanda tikilən kənd məktəbi artıq açılışa hazırdır: "Həmçinin Şuşada 960 yerlik, Ağdamda 1 nömrəli 960 yerlik, Kəlbəcərdə 960 yerlik orta məktəblərin bu ilin sentyabr ayında istifadəyə verilməsi gözlənilir. Özbəkistan tərəfindən Füzulidə, yerli sponsor tərəfindən isə Cəbrayılda 960 yerlik orta məktəbin tikintisi aparılır. Bunlarla yanaşı, Füzulidə 960 yerlik peşə məktəbinin tikintisi yekunlaşmaq üzrədir. Şuşa Real məktəbinin layihələndirmə işləri isə davam etməkdədir".

Fərhan Əliyev qeyd edib ki, Laçının Zabux kənd məktəbinin təmirinə başlanılıb, sentyabrda təhvil veriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...