tehsil_xeberleri_metn BDU-da ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrası yaradılır

BDU-da ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrası yaradılır

BDU-da ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrası yaradılır

Bakı Dövlət Universitetində (BDU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrası yaradılır.

Universitetdən"Report"a verilən məlumata görə, bu, BDU ilə ICESCO arasında imzalanmış sazişdə nəzərdə tutulur.

Biotibb - tibb elminin bioloji və fizioloji prinsiplərini klinik praktikaya tətbiq edən bir tədqiqat sahəsi kimi elmdə aparıcı mövqe tutur. Bu, BDU-nun təbiət elmləri sahəsində müəyyənləşdirdiyi 5 əsas prioritet elmi istiqamətlərdən birinə (biologiya və həyat elmləri istiqaməti çərçivəsində) də aiddir. Təsadüfi deyildir ki, BDU-da yeni yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (Excellence Center) nəzdində “Biomühəndislik”, “Mikrobiologiya və virusologiya” elmi-tədqiqat laboratoriyaları da fəaliyyət göstərir.

Biotibbi materiallar kafedrasının yaradılmasında məqsəd sənaye və yüksək səviyyəli tədqiqatçılar, ali təhsil müəssisələri və burada çalışan alimlər arasında əlaqələri, “təhsil-elm-sənaye” üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların alınması, tədqiqi və tətbiqi ilə bağlı araşdırmalara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Kafedrada bioloqların, kimyaçıların, fiziklərin, tibb sahəsi üzrə çalışanların və sənaye sektorunun nümayəndələrinin biotibbi tətbiqlər üçün potensial antimikrobial xüsusiyyətlərə malik qabaqcıl materialları hazırlamaq üçün səyləri birləşdiriləcək.

Kafedrada akademik heyətlə sənayedən olan mütəxəssislərin birgə əməkdaşlığı sayəsində tibbin müxtəlif sahələri üçün perspektiv sayılan nanomodifikasiya olunmuş materialların laboratoriyadan istehsalata klinik transferinin məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradılacaq. Beynəlxalq fənlərarası şəbəkənin yaradılması yolu ilə nanosistemlərin ilkin dizaynının hazırlanması, effektivliyinin klinikadan əvvəlki sınaqlarının aparılması, farmakokinetika və toksikliyinin müəyyən edilməsinə də nail olunacaq.

Kafedranın yaradılması təkcə Azərbaycanda deyil, əməkdaşlıq çərçivəsində islam dünyası ölkələrində biotibb elmi istiqamətinin inkişafına da əlavə təkan verəcək. Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına da yardım göstərəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.