Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi fəaliyyətə başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi fəaliyyətə başlayıb - 1

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 146-0 nömrəli Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

İdarədən "Report"a verilən məlumata görə, Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.

BŞTİ müdiri Mehriban Vəliyeva Çağrı Mərkəzinin işi ilə tanış olub, əməkdaşlara müvafiq təklif və tövsiyələrini verib.

Vətəndaşlar müvafiq məsələlərlə bağlı həftəiçi 5 gün (saat: 09:00-dan 18:01-dək) 146-0 nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin iş yükünün azaldılması məqsədilə yaradılan 146-0 nömrəli Çağrı Mərkəzinin əməkdaşlarına ötən tədris ilində qısa müddətli təlim keçirilib. Aparılan müşahidələr və əldə olunan statistik göstəricilər bu təcrübənin uğurlu olduğunu göstərir.

  • Paylaşmağı unutma

Səhr yaz

Ali məktəblərə qəbul olanların sayı artıb

Ali məktəblərə qəbul olanların sayı artıb

Bu il ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında ötən illə müqayisədə 1 047 nəfər artım olub. "Report" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təhlilinə görə, ali təhsilin magistratura səviyyəsi üzrə...

Təhsil sahəsində Azərbaycan Gürcüstanla yeni sənəd imzalayacaq

Təhsil sahəsində Azərbaycan Gürcüstanla yeni sənəd imzalayacaq

“Gürcüstan və Azərbaycan arasında 2004-cü ildə təhsil sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənəd üzərində işi yaxın gələcəkdə başa çatdıracağıq, hər iki ölkənin vətəndaşları ali təhsil müəssisələrində oxuyacaqlar”...

Ən çox köçürmələr hansı rayonlarda olub - SİYAHI

Ən çox köçürmələr hansı rayonlarda olub - SİYAHI

2021-ci ildə buraxılış imtahanlarında və ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsində imtahan rəhbərləri tərəfindən fəaliyyəti qeyri-kafi və kafi qiymətləndirilən zal nəzarətçiləri sayının həmin rayon üzrə imtahanda iştirak edən nəzarətçilərin ümumi sayına nisbətinə görə ...