Azərbaycanda təhsil alan əcnəbi tələbələrin məsələsi necə oldu?

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin məsələsi necə oldu? - 1
Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən "Report"a bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan həmin ölkə vətəndaşı əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir.

Qeyd olunub ki, aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan, digər ölkələrin vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər: "Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırıb, həmin şəxslərin ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması yerli ali təhsil müəssisələrinə tapşırılıb".

  • Paylaşmağı unutma

Səhr yaz

İrəvan Müəllimlər Seminariyası - 140

İrəvan Müəllimlər Seminariyası - 140

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını milli yaddaşın bərpasına hədəflənib. Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir.

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu barədəTəhsil Nazirliyindən məlumat verilib. Səbəb məktəblərdə siniflərin...

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı yanvarın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. Bu barədə AzEdu.az-a...

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

2022-ci il üçün yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri məlum olub. Ümumilikdə isə sınaq imtahanları ilə bağlı əsas narazılıq qiymətlərin yüksək olmasıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan imtahan qiymətlərinin...