tehsil_xeberleri_metn Azərbaycanda elmi dərəcələr və elmi adların verilmə qaydası dəyişib

Azərbaycanda elmi dərəcələr və elmi adların verilmə qaydası dəyişib

Azərbaycanda elmi dərəcələr və elmi adların verilmə qaydası dəyişib

Azərbaycanda elmi dərəcələr və elmi adların verilmə qaydası dəyişib.

"Report"xəbər verir ki, Prezident İlham Əliyevin fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.

Buna qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara müəyyən tələblər ödənildiyi halda verilirdi.

Digər bir dəyişikliklə fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişib.

Buna qədər fəlsəfə doktoru imtahanları ixtisas fənni, xarici dil və Azərbaycan dilindən olub. Dəyişikliyə əsasən, artıq xarici dil (ingilis, alman və ya fransız dillərindən biri) fənnindən imtahanı dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar verəcək. Yəni qeyd olunan xarici dillərdə dissertasiyanı yazanlar xarici dil imtahanı verməyəcək.

Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməsi tələb olunacaq. Bundan əvvəl ikisi həmmüəllifsiz olmaqla beş məqalənin dərc olunması tələb edilirdi.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...