Alimlərə indi rahat istirahət edə biləcəklər

Alimlərə indi rahat istirahət edə biləcəklər

Azərbaycanda alimlər gələn ilin yazından xüsusi istirahət zonalarında istirahət edə biləcəklər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib.

Vitse-prezidentin sözlərinə görə, alimlər üçün Azərbaycanın bir neçə yerində - Pirqulu, Xızı və Mərdəkanda istirahət və yaradıcılıq evlərinin yaradılması nəzərdə tutulur.

İ.Həbibbəyli bildirib ki, artıq AMEA-nın Mərdəkandakı "Pioner" düşərgəsi adlanan binası əsaslı şəkildə yenidən qurulmaqla orada "Yaradıcılıq Evi"i yaradılır.

Artıq "Yaradıçılıq Evi"nin tikintisinin başa çatmaq üzrə olduğunu deyən İ.Həbibbəyli əlavə edib ki, 2015-ci ilin sonuna qədər orada işlər müəyyən qədər tamamlanacaq. 2016-ci ilin yazında isə həmin ev istifadəyə veriləcək: "2016-cı ilin yazından AMEA-nın alimləri Mərdəkanda - dəniz kənarındakı "Yaradıcılıq Evi"ndə özlərinin elmi fəaliyyətlərini davam etdirə və istirahət edə biləcəklər. Orada onların istirahəti üçün şərait yaradılıb. Bu bina həm də internetlə təmin ediləcək. Alimlərin binada müxtəlif informasiya texnologiyaları vasitəsilə yaradıcılıq fəaliyyətlərini davam etdirmələri üçün hər cür imkanı olacaq".

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......