Abituriyentlərə bu pulsuz olacaq

Abituriyentlərə bu pulsuz olacaq - 1

Bu il də abituriyentlər 2 dəfə qəbul imtahanında iştirak edə biləcəklər. Milli.Az bildirir ki, martın 29-dan başlanılan elektron ərizələrin qəbulu aprelin 30-dək davam edəcək. Abituriyentlər ötən ilki kimi həm yaz, həm də yayda keçirilən qəbul imtahanında iştirak edə bilərlər. Bunun üçün onlar yayda imtahanda iştirak etmək istədiklərini də ərizə də qeyd etməlidirlər. I-IV ixtisas qruplarından imtahan verən abituriyentlər sonradan orta ixtisas təhsili müəssisələrinə və V ixtisas qrupu üzrə də imtahan verə bilərlər. Bunu da əvvəlcədən mütləq elektron ərizədə qeyd etməlidirlər. Qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər üçün heç bir ödəniş yoxdur.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, müsabiqə balları ötən ilki ilə eynidir. I-IV ixtisas qrupları üzrə ödənişli yerlərə minimal keçid balı 200 baldır. Həmçinin, 5 ixtisas fənnindən 4-nün nisbi balı 10-dan artıq olmalıdır.

V qrupda qəbul balları ixtisaslardan və ali təhsil müəssisələrindən asılı olaraq dəyişir. /xezerxeber.az

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə...

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb...

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, ...

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına - günəş enerjisini artıran reaksiyaya ...