230 saylı orta məktəb hansı yeni bir əməkdaşlığa başlayıb?

230 saylı orta məktəb hansı yeni bir əməkdaşlığa başlayıb?

Bakıda orta məktəb şagirdlərini, müəllimləri, eyni zamanda valideynləri teatra cəlb etmək üçün yeni layihənin icrasına başlanacaq.

Bu məqsədlə noyabrın 6-da Bakıda ilk dəfə olaraq, Xəzər rayonunun 230 saylı orta məktəbi ilə Gənc Tamaşaçılar Teatrı arasında memorandum imzalanacaq.

Məktəbin direktoru Elşən Qafarov Trend-ə bildirib ki, təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə uyğun olaraq, memorandum şagirdlərin mütaliə vərdişlərinin yüksəldilməsinə xidmət edəcək. Memoranduma əsasən, teatr truppası dərsliklərdə adı qeyd edilən ədiblərin səhnələşdirilmiş əsərlərini təqdim edəcək. Artıq həmin əsərlərin bir neçəsi teatr tərəfindən səhnələşdirilib.

E.Qafarov deyib ki, truppa teatrları ibtidai sinif şagirdlərinə məktəb binasında göstərəcək. Yuxarı sinif şagirdlərinin və müəllimlərin teatra aparılması üçün isə Gənc Tamaşaçılar Teatrı tərəfindən xüsusi avtobus ayrılacaq.

İlhamə İsabalayeva

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......