Reklam alanı

Şagirdlərin davamiyyətinə necə nəzarət olunacaq?

Təhsildə yeniliklər

Şagirdlərin davamiyyətinə necə nəzarət olunacaq?

20.09.2025
251 baxış
Şagirdlərin davamiyyətinə necə nəzarət olunacaq?

Uşaqların məktəblərdə davamiyyəti barədə valideynlərə SMS bildiriş xidməti bərpa edilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə xidmətin operatoru "Mobile Solutions&Marketing Technologies" şirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, SMS bildiriş xidməti yay tətili ilə əlaqədar dayandırılmışdı.
Qeyd edək ki, bu xidmət Azərbaycanda fəaliyyət göstərən 3 mobil operatorun şəbəkəsində fəaliyyət göstərəcək.
Bu xidmət şagirdlərin dərs davamiyyəti barədə bildirişlərin valideynlərin mobil telefonlarına göndərilməsini nəzərdə tutur.
Milli.Az

Reklam alanı