Reklam alanı

Ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər hansılardır?

Təhsildə yeniliklər

Ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər hansılardır?

20.09.2025
112 baxış
Ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər hansılardır?

"Abituriyent" 1 jurnalında 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar təqdim ediləcək.

DİM-dən Milli.Az-a verilən məlumata görə, jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqram­ları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapacaq. Jurnal iki dildə - Azərbaycan və rus dillərində çap olunacaq.

Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə biləcəksiniz:https://www.abiturient.az/index.php?status=elaqe&lang=az

Milli.Az

Reklam alanı