Zəif müəllimlər işdən çıxarılacaq - vakant yerlər olacaq

Zəif müəllimlər işdən çıxarılacaq - vakant yerlər olacaq
Zəif müəllimlər işdən çıxarılacaq. Bu qərar diaqnostik qiymətləndirmənin nəticələrinə görə veriləcək. Milli.Az bildirir ki, bununla yanaşı bu il 6 mindən çox müəllimin işə qəbulu gözlənilir.

Bugünə kimi Azərbaycanda Təhsil Nazirliyi tərəfindən 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Bununla yanaşı Təhsil Nazirliyi yeni müəllimlərin işə qəbuluna hazırlaşır.
Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə deyib ki, diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək və nəticələrini yaxşılaşdırmaları üçün onlara şans veriləcək. Qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər isə məktəblərdən ixtisar olunacaq.
Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi başlayıb. ilkin olaraq müəllimlərin iş yerinin eyni rayon daxilində yerdəyişməsi aparılacaq, növbəti mərhələdə isə bir rayondan digər rayona yerdəyişmə olacaq.
Yerdəyişmə prosesi 26 may-15 iyun tarixlərində həyata keçiriləcək./xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var...
  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......