YUNESKO Ukraynadan təxliyə olunan tələbələrin təhsili üçün imkanları təhlil edəcək

YUNESKO Ukraynadan təxliyə olunan tələbələrin təhsili üçün imkanları təhlil edəcək

YUNESKO-nun baş direktorunun təhsil üzrə köməkçisi xanım Stefaniya Giannini ilə Ukrayna Elm və Təhsil Nazirliyi arasında onlayn görüş keçirilib.

Görüşdə YUNESKO, Ukrayna üçün son dərəcə çətin olan bu dövrdə ukraynalı şagirdlərin, tələbələrin, müəllimlərin, mühazirəçilərin təhsil və elmi prosesinə çıxışında dəstək olmağa çağırılıb.

AzEdu.azxəbər verir ki, bu barədə Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet məlumat verib.

Həmçinin xanım Stefaniya Ukrayna xalqına tam dəstəyini ifadə edərək YUNESKO-nun Ukraynanın distant təhsil sistemini genişləndirmək və gücləndirmək üçün ekspert yardımı göstərməyə hazır olduğunu bildirib.

Eyni zamanda, direktor köməkçisi qeyd edib ki, YUNESKO öz mandatı çərçivəsində Ukraynanın müvəqqəti təxliyə edilmiş vətəndaşları üçün Avropa İttifaqı ölkələri tərəfindən, xüsusən də ali təhsil üçün hansı təhsil imkanlarının təmin oluna biləcəyini təhlil edəcək. O, bəzi ölkələrin universitetlərinin artıq tələbələri və alimləri fəal şəkildə dəstəklədiyini, onların öyrənmə və fəaliyyətlərində kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Nazirlik həmçinin xanım Stefanidən mədəniyyət abidələrinin, o cümlədən təhsil müəssisələrinin amansızlıqla dağıdılması nəticəsində yaranmış vəziyyətin təhlilinə xüsusi diqqət yetirməyi xahiş edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...