tehsil_xeberleri_metn Yunanıstanda “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib

Yunanıstanda “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib

Yunanıstanda “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və “QALA” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Yunanıstanın Saloniki şəhərində “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.

Bu barədəAZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, Azərbaycan dili və əlifbasına həsr olunmuş tədbirdə professor Sevinc Əliyeva iki ölkə arasında sıx əməkdaşlıqdan bəhs edib. Sivilizasiyanın beşiyi olan Yunanıstanda görüşün keçirilməsinin məmnunluğunu bildirən S.Əliyeva əksər elmlərin təməlində yunan dilinin dayandığını qeyd etməklə bu dilin zənginliyini xüsusi vurğulayıb. S.Əliyeva bildirib ki, dilin saflığını qorumaq, onunla fəxr etmək və ana dilini xalqın mənəvi varlığı kimi sevməkdə Ümummilli Liderimiz Heydər Əliyev hər bir azərbaycanlıya nümunədir. Məhz Ulu Öndərin imzaladığı sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını müəyyən etməklə onun gələcək inkişaf strategiyasını təmin etmişdir. Dahi lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ana dilimizin saflığının qorunmasına, düzgün tətbiqinə və təbliğinə yönələn dil siyasəti nəticəsində bu gün doğma dilimiz ən mötəbər kürsülərdə səslənir.

Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin doğma dilimizə və vətənimizə sevgisini əks etdirən videoçarxlar nümayiş olunub.

Monitorinq Mərkəzinin baş mütəxəssisi Aygün Qurbanova milli dəyərlərin formalaşması, nəsildən-nəslə ötürülməsi, bunların fonunda mədəni ənənələrin yaranması və mədəniyyətin inkişafında dilin əhəmiyyətindən bəhs edib. Dili millətin varlığının inikası, ana dilini isə xalqın ən qiymətli sərvəti adlandıran A.Qurbanova onu milli şüur və təfəkkürün göstəricisi kimi səciyyələndirib. Qeyd edib ki, dil mədəniyyətimizin ayrılmaz parçası olduğu kimi, mahnılarımız da Azərbaycan mədəniyyətinin tarixini özündə əks etdirən nümunədir. Ümumiyyətlə, mahnı yaradıcılığı hər bir xalqın etnoqrafiyası, maddi və mənəvi dəyərləri, adət-ənənələri ilə sıx bağlıdır.

Qeyd edək ki, səfər çərçivəsində Yunanıstanda Azərbaycan dilinin praktik vəziyyəti, eləcə də tədrisi məsələlərinin müzakirəsi məqsədilə diaspor nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə xaricdə yaşayan soydaşlarımızın övladlarının ana dilini bilməsi üçün Azərbaycan dilinin tədrisi işinin vacibliyi vurğulanıb, həftəsonu məktəblərin açılması, eləcə də ali təhsil ocaqlarında müvafiq kursların və kafedraların təşkili ilə bağlı fikirlər səsləndirilib. Aparılan müzakirələrin yekunu olaraq Azərbaycan dilinin tətbiqi istiqamətində görüləcək vəzifələr müəyyənləşdirilib, kursların lazımi dərslik və vəsaitlərlə təmin olunmasına Monitorinq Mərkəzinin öz töhfəsini verməyə hazır olduğu bildirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.