“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

Azərbaycan Respublikasının Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüblər.

"Report"xəbər verir ki, humanitar sahədə qaliblərin fikirlərini dinləyən Fərəh Əliyeva onların təhsil və humanitar məsələlərlə bağlı suallarını cavablandırıb. Komitə sədri qarşıda duran mentorluq proqramı barədə danışıb. Qaliblər isə öz növbəsində müsabiqənin onlara qatdığı dəyərdən söz açıb, qalibiyyət sonrası həyatlarında və kariyeralarında baş verən uğurları paylaşıblar. Təhsil sahəsindən və bu sahədə verə biləcəkləri töhfələrdən söz açan qaliblər dövlət və sosial sahədə ölkəmizin inkişafı naminə çalışmaqdan qürur hissi duyacaqlarını qeyd ediblər.

Onlar sosial layihələrdə aktiv şəkildə iştirak etməyə maraqlı olduqlarını bildiriblər. Fərəh Əliyeva isə qaliblərin işğaldan azad edilən bölgələrdə yenidənqurma və inkişafa əvəzsiz fayda verəcəklərinə inandığını vurğulayıb, onları cəmiyyətimizin uğurlu rol modelləri olaraq karyera və təhsil istiqamətində gənclərə dəstək olmağa səsləyib.

İşçi qrupunun rəhbəri Fərhad Hacıyev gələcəkdə bu növ səmərəli görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib. Qeyd edək ki, müsabiqənin qaliblərdən ikisi görüşə ölkə xaricindən videozəng vasitəsilə qoşulub.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...