“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qaliblərlə görüşüb

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qaliblərlə görüşüb

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu müsabiqə qalibləri ilə görüş keçirib.

"Report"xəbər verir ki, görüşdə İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qaliblərə təqdim olunan 1 illik özünüinkişaf proqramının gedişatı ilə maraqlanıb.

Qaliblər hazırda davam edən mentorluq proqramı barədə ətraflı məlumat veriblər. Əlavə olaraq, mövcud və gələcək qaliblər arasında əlaqələrin gücləndirilməsi məqsədilə təsis olunan “Yüksəliş klubu”nun gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, yeni ideyalar müzakirə olunub.

Görüşdə həmçinin, növbəti “Yüksəliş” müsabiqəsinin təşkili prosesi ilə bağlı müsabiqə qaliblərinə məlumat verilib. Qaliblər də öz növbəsində müsabiqə ilə bağlı rəy və təkliflərini irəli sürüblər.

Qeyd edək ki, ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə hazırlıq prosesi davam edir. Yaxın günlərdə qeydiyyat mərhələsinin başlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...