tehsil_xeberleri_metn Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə - imtahanlarla bağlı detallar

Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə - imtahanlarla bağlı detallar

Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə - imtahanlarla bağlı detallar

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına qəbul olmaq istəyənlər üçün ixtisas fənləri üzrə test imtahanlarının institutlar, fəlsəfə və xarici dil imtahanlarının isə AMEA tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulur.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov deyib.

Ə.Sadıqov bildirib ki, institutlar ixtisas fənləri üzrə imtahanları eyni gündə keçirməyəcəklər: "İnstitutlara imtahan gününü və yerini müəyyənləşdirmək tapşırılıb. İmtahanların qrafiki tərtib olunduqdan sonra AMEA-nın Rəyasət Heyətinə təqdim olunacaq. Bundan sonra imtahanlara nəzarət mexanizmi təmin olunacaq. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu isə institutların mütəxəssisləri ilə birgə bu imtahanların informasiya, proqram, texniki təminatını həyata keçirəcək".

Akademiya rəsmisinin sözlərinə görə, test imtahanlarının iki saat davam etməsi, çoxvariantlılıq prinsipi əsasında testlə keçirilməsi, variantlarda sualların çeşidlənməsini təmin etməkdən ötrü hamısında bərabər həcmdə sadə, orta və mürəkkəb sualların olması və imtahanda namizədlərə 50 sualın təqdim olunması nəzərdə tutulub: "Suallar ixtisas fənlərinin bütün bölmələrini əhatə edəcək. Suallar iki balla qiymətləndiriləcək. Bu il qiymətləndirmə zamanı səhv suallar namizədlərin düzgün cavablarının nəticələrinə təsir göstərməyəcək. Amma növbəti illərdə səhv suallar düzgün cavablara təsir göstərə bilər".

Ə.Sadıqovun sözlərinə görə, imtahan nəticələri imtahan bitən kimi dərhal elan olunacaq.

O qeyd edib ki, imtahan zamanı hansısa texniki problemin yarana bilmə ehtimalını nəzərə alaraq, hər bir iddiaçının qarşısına kağız şəklində, bağlı zərflərdə olan sualları da qoyulacaq: "İmtahan sualları kağız üzərində sənəd formasında da olacaq. İddiaçı imtahan zalına daxil olduqda imtahan sualları konvertdə iddiaçılara təqdim ediləcək. İddiaçıların cavabları elektron şəkildə emal ediləcək".

Imtahanların nəticələri ilə bağlı apellyasiya komissiyasının da fəaliyyət göstərəcəyini nəzərə çatdıran Ə.Sadıqov qeyd edib ki, doktoranturaya sənəd qəbulu noyabrın 5-də tamamlanacaq: "Hələlik sənəd qəbulu vaxtının uzadılması gündəmdə deyil. Zərurət olarsa, bu məsələyə baxıla bilər, amma hələ rəsmi qərar qəbul olunmayıb".

AMEA rəsmisi deyib ki, doktoranturaya qəbul imtahanlarının noyabrın ortalarından dekabrın 10-dək, doktorluq minimum imtahanlarının isə dekabrın 20-dək keçirilməsi nəzərdə tutulur.

Ə.Sadiqov əlavə edib ki, imtahanların keçirilmə günləri, təşkili ilə bağlı qərar AMEA-nın Rəyasət Heyətinin sabah keçiriləcək iclasında qəbul olunacaq. İclasda eyni zamanda, imtahanlarla bağlı test suallarının bankı, ixtisas fənlərinin proqramları təsdiq olunacaq.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...