Yeni yaradılmış məktəbdənkənar təhsil müəssisələri hansılardır?

Yeni yaradılmış məktəbdənkənar təhsil müəssisələri hansılardır?

Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri ilə bağlı bəzi məsələlər qərar verib. SİA-nın məlumatına görə, qərara əsasən Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.
Respublika Texniki Yaradıcılıq Mərkəzi “Respublika Uşaq Yaradıcılıq Mərkəzi”, “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi”, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi “Uşaq Yaradıcılıq Mərkəzi” adlandırılıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda etdiyi dəyişikliyə əsasən isə məktəbdənkənar təhsil müəssisəsi qismində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi yaradılıb.
Bu müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......