Reklam alanı

Yay aylarında bölgələrdə olan müəllimlər sınaq olunacaqlar

Təhsil xəbərləri

Yay aylarında bölgələrdə olan müəllimlər sınaq olunacaqlar

20.09.2025
116 baxış
Yay aylarında bölgələrdə olan müəllimlər sınaq olunacaqlar

Bölgələrdə müəllimlər üçün sınaq qiymətləndirilməsi yay aylarında keçirilə bilər. Bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Təhsil Nazirliyindən bununla bağlıLent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bölgələrində də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Bu, sistemli şəkildə həyata keçiriləcək: “Sınaq qiymətləndirilməsi müəllimlərə öz zəif və güclü tərəflərini müəyyənləşdirməyə, çatışmayan cəhətlərini aradan qaldırmağa kömək edir”.
Qeyd edək ki, Bakıda qiymətləndirilmə 4 gün ərzində (ötən ilin 10-13 iyun tarixlərində) aparılıb. Sınaq qiymətləndirilməsində 30 mindən artıq müəllim iştirak edib.

Reklam alanı