Bu gün magistr olmaq istəyənlər üçün sınaq günüdür

Bu gün magistr olmaq istəyənlər üçün sınaq günüdür

Bu gün TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. Lent.az-a verilən xəbərə görə, qəbul imtahanı Bakı, Gəncə və Naxçıvanda baş tutacaq.
Magistraturaya proqram seçimində qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər. Bu hüquqa malik olan bakalavrlardan 11488 nəfəri qəbul proqramını seçərək təsdiqləyib.
Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini isə qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 10119 nəfərinin Bakı şəhərində, 267 nəfərinin Naxçıvan şəhərində, 1102 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanın keçirilməsi üçün Bakı şəhərində 17, Naxçıvan şəhərində 1, Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılıb. İmtahanı 81 imtahan rəhbəri, 866 nəzarətçi-müəllim idarə edəcək.
2012-də 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......