tehsil_xeberleri_metn Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə yerlərin sayı dərc olunub

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə yerlərin sayı dərc olunub

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə yerlərin sayı dərc olunub

Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 3-cü nömrəsini çap edib.

Bu barədə FaktXəbər-ə DİM-in mətbuat xidmətindən məlumat verilib.

Bu nömrədə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Qaydalara əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. İxtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə aparılır.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. Qabiliyyət imtahanında iştirak etmək üçün qəbul (cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər (fənlər üzrə bal məhdudiyyəti tələb olunmur) iyulun 6-dan 16-dək DİM-in internet saytında eservices.dim.gov.az/erizetex/qabiliyyet səhifəsinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanları iyulun 30-dan avqustun 3-dək Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilimiş qaydada keçiriləcək.

“Abituriyent” 3 jurnalını DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...