tehsil_xeberleri_metn Xocavəndin Hünərli kəndindəki Alban xristian kilsəsində növbəti erməni saxtakarlığı

Xocavəndin Hünərli kəndindəki Alban xristian kilsəsində növbəti erməni saxtakarlığı

Xocavəndin Hünərli kəndindəki Alban xristian kilsəsində növbəti erməni saxtakarlığı

Xocavənd rayonu erməni işğalı altına düşdükdən sonra digər Alban xristian abidələri kimi, Hünərli kilsəsi də saxtalaşdırmaya məruz qalıb. İşğal dövründə, 2010-cu ildə kilsənin bərpası üçün “xeyriyyə fondu” təşkil olunub. Qeyri-qanuni bərpa işlərinə 2019-cu ilin may ayında erməni əsilli, Rusiyada yaşayan Svetlana Tatyntsun təşəbbüs qrupu “bərpaçı” Samvel Ayvazyan rəhbərliyi altında başlayıb. Rusiya, Yunanıstan, Ermənistan və Almaniyada yaşayan erməni əsilli şəxslərdən abidənin tam bərpası üçün 25 min dollar həcmində maliyyə cəlb edilməsi ilə bağlı sosial şəbəkələrdə müraciətlər yayıldı. Qeyri-qanuni bərpa işləri heç bir elmi konsepsiyaya uyğun aparılmadı. Belə ki, abidənin konstruktiv yükgötürmə qabiliyyəti müəyyən edilmədən tavan hissəsinə dəmir beton örtüyü salınaraq üzərinə Ermənistan istehsalı olan kirəmitlər döşəndi. Bununla, ermənilər abidənin xarici görkəmində dəyişikliyə nail oldular.

Bu barədəAZƏRTAC-a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov bildirib.

Alim qeyd edib ki, kilsə kompleksi düzbucaqlı üçzallı əsas binadan ibarətdir. Kilsənin daxildə suvanmış yan divarlar kobud yonulmuş daşlardan inşa edilib. Divarının qalınlığı 1 metrdən artıq olan kilsənin uzunluğu 15,25, eni 12,10 metrdir. Kilsədə ən maraqlı hissə sol tavanda ilan təsvirli relyefin olmasıdır. XII əsrdə burada alban monastırı fəaliyyətdə olub. XVII əsrdə kilsə ətrafında bərpa işləri görülüb. Kilsənin qərbdə yerləşən yeganə ön giriş hissəsi ümumi kompozisiya ilə ziddiyyət təşkil edir. Burada sonrakı dövrlərdə aparılan təmir-bərpa işlərində müxtəlif məqsədli yazılar yerləşdirilib ki, bu da abidənin milli mənsubiyyətinin dəyişdirilməsinə xidmət edib. Bütün bu müdaxilələrə baxmayaraq, abidə Alban apostol kilsəsinin XII əsrə aid ən möhtəşəm nümunəsi olaraq qalmaqdadır.

“44 günlük Vətən müharibəsi dövründə Hünərli kəndinin işğalçılardan azad edilməsi ilə abidənin daxili interyerində planlaşdırılan erməniləşdirmə siyasəti yarımçıq qaldı. 2021-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri çərçivəsində Xocavənd rayonunun Hünərli kəndindəki Alban məbədi ilə tanış oldu və buranın qədim Alban məbədi, Alban kilsəsi olduğunu qeyd etdi.

Qarabağın alban xristian abidələrində sistemli tədqiqatların yenidən başlanması dövlətçilik tarixi üçün böyük əhəmiyyətə malikdir. Bu tədqiqatlar bizə Alban abidələri üzərində aparılan erməni saxtakarlıqlarını bir daha ifşa etmək imkanı verəcək”, - deyə alim fikrini yekunlaşdırıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.