tehsil_xeberleri_metn "Xocalıya ədalət" kampaniyası çərçivəsində elektron aksiya keçirilib

"Xocalıya ədalət" kampaniyası çərçivəsində elektron aksiya keçirilib

Xocalıya ədalət

Bakı Biznes Universitetində"Xocalıya ədalət"kampaniyası çərçivəsində elektron aksiya keçirilib.

Publika.azBakı Biznes Universitetinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, sözügedən universitetdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş elektron aksiya keçirilib. Bakı şəhər Gənclər və İdman Baş idarəsi,Yasamal rayon Gənclər və İdman idarəsi və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və kampaniyaya dəstək verməkdir.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov kampaniyada tələbələrin yaxından iştirakının, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin, onların milli ruhda yetişdirilməsinin vacibliyini xüsusilə vurğulayıb. Prorektor Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə geniş yayılması, törədilmiş soyqırıma qərəzsiz şəkildə qiymət verilməsi istiqamətində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində elektron aksiyanın olduqca mühüm vasitə olduğunu söyləyib.

Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov Xocalı hadisəsinin tarixindən bəhs edərək Ermənistanın Azərbaycana qarşı amansız təcavüzü və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən söz açıb. Baş İdarə rəisi Xocalı soyqırımı həqiqətlərinin unudulmaması, gənc nəslin bu istiqamətdə həm yerli, həm də beynəlxalq miqyasda aktiv təbliğat aparması, xüsusilə informasiya texnologiyalarının imkanlarından geniş istifadə etmələri barəsində tələbə-gənclərə tövsiyələrini verib. Raqif Abbasov "Xocalıya ədalət" kampaniyası çərçivəsində elektron aksiyanın növbəti günlərdə digər ali təhsil müəssisələrində də həyata keçiriləcəyini və bu istiqamətdə davamlı olaraq layihələrin, tədbirlərin davam etdiriləcəyini sözlərinə əlavə edib.

Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov Xocalı soyqırımının bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən biri kimi tarixə düşdüyünü vurğulayıb. İdarə rəisi faciədə uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlının qəddarlıqla qətlə yetirildiyini söyləyib. İ.Səfərov Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən dövlətlərin sayının da getdikcə artdığını, bu məsələdə həyata keçirilən çoxşaxəli təbliğat fəaliyyətlərinin xüsusi rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışlardan sonra Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilib. Yekunda isə 40 nəfər tələbə-gəncin iştirakı ilə elektron aksiya baş tutub. Belə ki, Xocalı həqiqətlərini əks etdirən məlumatlar dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının elektron məktub ünvanlarına göndərilib.

Mehti Kamiloğlu

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...