XİN-də işləmək istəyən və imtahanda zəif nəticə göstərən 13 nəfərin balı artırılıb

XİN-də işləmək istəyən və imtahanda zəif nəticə göstərən 13 nəfərin balı artırılıb - 1

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri ilə əlaqədar təşkil edilmiş apellyasiya prosesi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən"Report"a verilən məlumata görə, yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün Bakı və Naxçıvan şəhərlərində keçirilən imtahanın nəticələri ilə bağlı ümumilikdə 74 namizəd apellyasiyaya müraciət edib və komissiya tərəfindən 114 yazı işinə yenidən baxılıb.

Bu müraciətlərdən 58-i xarici dildə, 56-sı Azərbaycan dilində yazılmış esse, bunlar arasında 9 müraciət isə eyni zamanda test tapşırığı üzrə olub. XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlərin yazdıqları esselər üçün qiymətləndirmə meyarları dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR–The Common European Framework of Reference for Languages) C1 səviyyəsi tələblərinə uyğun hazırlanıb. Ona görə də C1 səviyyəsi haqqında məlumat, essenin yazılmasına qoyulan tələblər müraciət edən namizədlərə Apellyasiya Komissiyası ilə görüşdən əvvəl bir daha xatırlatma məqsədilə göndərilib.

Komissiyanın qərarına əsasən müraciət edənlərdən 13 nəfərin balı dəyişilib və onlar müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Bundan əlavə, 6 nəfərin balı dəyişilsə də, həmin namizədlər müsabiqə şərtlərini ödəyə bilməyiblər. Digər namizədlərin də apellyasiya ərizələrinə baxılıb və toplanılan ballarının qüvvədə qalması qərarı verilib.

Xatırladaq ki, hər bir müraciət haqqında Apellyasiya Komissiyasının qərarı ilə bağlı namizədlər məlumatlandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...