“Xəmsə möcüzəsi” müsabiqə-festivalının qalibləri müəyyənləşib

Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsinə yekun vurulub.

Elm və Təhsil NazirliyindənAZƏRTAC-a bildirilib ki, müsabiqə-festivalın keçirilməsində məqsəd uşaq və gəncləri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, türkdilli dövlətlərin məktəbliləri arasında dostluq və mədəni əlaqələri genişləndirməkdən ibarət olub.

Müsabiqə-festivalın respublika mərhələsinin seçimləri 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib.

Münsiflər heyətinin qərarı ilə seçim turuna qatılan 300-ə yaxın iştirakçı arasından yaş kateqoriyaları və nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.

“Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsinə zona mərhələsində I yerin qalibi olmuş 199 iş (bədii qiraət – 36, inşa – 38, musiqi – 30, rəsm – 76, dram – 19) daxil olub. Bunların arasından 44 qalib ( I yer – 16, II yer – 14, III yer – 14) müəyyənləşdirilib.

Respublika mərhələsində I yerin qalibi olan iştirakçılar cari ilin aprel ayında türkdilli dövlətlərin məktəbliləri arasında keçiriləcək “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalında Azərbaycanı təmsil edəcəklər.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...