tehsil_xeberleri_metn Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlanıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlanıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlanıb

Yanvarın 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üçün keçirilən imtahanının nəticələri açıqlanıb.

DİM-dənAzEdu.az-abildirilib ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə Mərkəzin internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 460 nəfər iştirak edib.

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı üç hissədən ibarət olub – test imtahanı, Azərbaycan dilində esse və seçilən xarici dildə esse. Hər bir hissə üzrə imtahanın nəticələri 100 ballıq şkalada qiymətləndirilib və bütövlükdə toplanıla bilən maksimal bal 300-ə bərabər olub. İmtahanın nəticəsinə əsasən, namizədlərin C1 səviyyəsində biliklərə malik olması tələbi nəzərə alınaraq xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan və ümumi bala görə ən yüksək nəticə göstərən ilk 100 namizəd müsahibədə iştirak etmək hüququ qazanıb. Yüz nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən fevralın 10-dan etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər fevralın 8-9-da DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...