Xaricdə təhsil alırsansa bunu nəzərə al

Xaricdə təhsil alırsansa bunu nəzərə al - 1

İyul ayı üzrə xarici ali təhsil ixtisaslarının tanınması üçün müraciət edən 257 nəfərdən 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 38 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Milli.Az-averilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 121, Ukraynadan 50, Türkiyə Respublikasından 46, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfər müraciətçi qeydə alınıb.

Qeyd edək ki, iyul ayı ərzində sənədlərə ortalama baxılma müddəti 14 gün təşkil edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu il neçə tələbənin xaricə göndərilməsi nəzərdə tutulur?

Bu il neçə tələbənin xaricə göndərilməsi nəzərdə tutulur?

“Birinci dövlət proqramı vasitəsilə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdaraq burada işləyiblər. Yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı nüanslar da nəzərə alınacaq”...

Təhsil almaq üçün xaricə tələbələr göndəriləcəkmi?

Təhsil almaq üçün xaricə tələbələr göndəriləcəkmi?

“Xaricdə təhsil alan məzun kimi deyə bilərəm ki, bu proqramın icrası bir çox azərbaycanlı gəncin həyatını yaxşı mənada dəyişib”. “Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ...

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayacaq

Sabahdan məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır. “Report” xəbər verir ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil...