Xaricdə alınan magistr diplomlarının tanınması üçün hansı sənədlər tələb olunur?-Müraciətçilərin NƏZƏRİNƏ

Xaricdə alınan magistr diplomlarının tanınması üçün hansı sənədlər tələb olunur?-Müraciətçilərin NƏZƏRİNƏ - 1

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması zamanı tətbiq olunan yanaşmaya dəyişiklik edib.

Yəni, bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərinixarici dövlətdəfərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq.

Beləliklə, yeniyanaşmaya uyğun olaraq bugünə kimi yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilmiş qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.

Bəs magistratura üzrə xarici ali təhsil sənədlərinin təsdiqi üçün müraciət zamanı hansı sənədlər tələb olunur?

AzEdu.azmagistratura üzrə xarici ali təhsil sənədlərinin tanınması üçün lazım olan sənədləri təqdim edir:

  • ali təhsil haqqında sənəd(diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd(diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin (diplom)elektron surəti [skan];
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportununelektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətinqeydiyyatı haqqında arayışın elektron surəti [skan].

Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədəleqallaşdırılmalıdır.

Tələb olunan hər bir sənəd, həcmi5 MB-dan çox olmamaq şərti iləPDF formatında yüklənilməlidir.

Qeyd edək ki, tələb olunan hər bir sənəd səhifələrirəngli və oxunaqlışəkildə yüklənilməlidir.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...