tehsil_xeberleri_metn Xankəndidə yeni universitet açılacaq? - Təhsil xəbərləri

Xankəndidə yeni universitet açılacaq?

Xankəndidə yeni universitet açılacaq?

Ordumuzun Qarabağ iqtisadi rayonunda keçirdiyi uğurlu 19-20 sentyabr tarixli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd şəhərlərinənəzarət Azərbaycanakeçib.

Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra işğaldan azad edilmiş şəhərlərdə bütün sahələr kimi, təhsildə də bağlı mühüm addımların atılması planlaşdırılır.

Artıq Azərbaycanın bir çox dövlət qurumları Xankəndi şəhərində fəaliyyətə başlayıb.

Xankəndidə yeni universitet də açıla bilərmi?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvüCeyhunMəmmədov Modern.az-a açıqlamasında belə bir universitetin yaradılmasının ölkəmiz üçün önəmli olduğunubildirib.


“Belə bir universitetin açılması çox önəmlidir. Həm Qarabağda, həm Şərqi Zəngəzurda belə universitetlərin açılmasına böyük ehtiyac var.

Bu gün biz universitetlərin daha çox Bakıdan köçürülməsi barədə düşünürük. Hesab edirəm ki, indi daha çox bölgələrdə yeni universitetlərin açılması məsələsixüsusi diqqətə alınmalıdır. Biz bölgələrdə yeni universitetlər, ali təhsil müəssisələri açmalıyıq və daha çox təşviq etməliyik ki, insanlarımız həmin universitetlərə getsinlər,orada təhsil alsınlar.

Xankəndi Universitetinin açılması həm Azərbaycan həqiqətlərinin təbliğinə, həm də erməni yalanlarının ifşasınatöhfə verə bilər. Biz bu universiteti brendləşdirərək həm də dünyaya göstərə bilərik ki, Qarabağ Azərbaycandır. Xankəndiyə də Azərbaycan nəzarət edir, bura tarixi Azərbaycan torpaqlarıdır”.


Deputat onu da deyib ki, Xankəndi Universiteti Bakıdakı universitetlərin təkrarı olmamalı, fərqli sahələr üzrə ixtisaslar təklif etməlidir:

“Tam yeni formatda tibb, mühəndislik, informasiya təhlükəsizliyi ixtisasları ola bilər. Bu gün belə ixtisaslara bizim daha çox ehtiyacımız var. Biz o istiqamətdə səylərimizi artırmalıyıq. Bu nüfuzlu universitet olmalıdır. Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə 1000-ci yerdən aşağı düşə bilməz. Bu mənada universitetin fəaliyyətinin düzgün, sağlam, normal qurulması çox önəmlidir. Biz qarşımıza qoyduğumuz hədəf və məqsədlərə ən qısa vaxtda nail ola bilərik”.

Milli Məclisin Xocalıdan olan deputatıElman MəmmədovXankəndidə təhsilin keyfiyyətinin yüksək olacağına inanır:

“İşğaldan əvvəl Xankəndidəki ali məkətəbə institut deyirdik. 1988-ci ilə qədər o institutfəaliyyət göstərirdi, orada 3 bölmə -Azərbaycan, rus, erməni bölmələri üzrə tədris edilirdi. Ondan başqa Xankəndidə orta məktəblər, peşə məktəblərivar idi.
Bundan sonraXankəndi şəhərində yaşayacaq sakinlər - Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılacaq. O cümlədən təhsil məsələsi də ən yüksək səviyyədə həll olunacaq. Azərbaycan vətəndaşları Xankəndidə açılacaq təhsil ocaqlarında oxuyacaqlar.Azərbaycana xəyanət etmiş, naxələf çıxmış erməni millətindən olanlardan da bəlkə kimlərsə Xankəndidə qalıb yaşasın. Onlar da eyni şəkildə orada təsillərini davam etdirə biləcəklər.
Amma bir vətəndaş kimi mənim arzum budurki,100-120 il bundan öncə ki kimi yenə də Xankəndidə erməni sakinolmasın. Bu baş verməsə belə,orada əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etməlidir".

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...