tehsil_xeberleri_metn “World in Serbia” layihəsi çərçivəsində təhsil alan ADU tələbələri beynəlxalq sertifikat qazanıblar

“World in Serbia” layihəsi çərçivəsində təhsil alan ADU tələbələri beynəlxalq sertifikat qazanıblar

“World in Serbia” layihəsi çərçivəsində təhsil alan ADU tələbələri beynəlxalq sertifikat qazanıblar

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər fakültəsinin tələbələri - Taleh Ələkbərli, Aydın Məlikli, Vidadi Quluzadə “World in Serbia” layihəsi çərçivəsində Belqrad Universitetində təhsillərini davam etdirməklə yanaşı, Belqradda “Open World” adlı beynəlxalq gənclər sammitində ölkəmizi layiqincə təmsil etdiklərinə görə sertifikatlarla mükafatlandırılıblar.

Bu barədəAZƏRTAC-a ADU-dan məlumat verilib. ADU-da fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri dosent Lalə Məcidova bildirib ki, əsas fəaliyyət istiqamətlərindən biri də təhsilini Serbiyada davam etdirən ADU tələbələri, eləcə də Serbiyanın Azərbaycandakı səfirliyi vasitəsilə bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması imkanlarını araşdırmaqdır.

Qeyd edilib ki, Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş hər iki ölkənin təhsil və elm sahəsindəki əlaqələrinin daha da genişləndirilməsinə xidmət edir, qarşılıqlı tələbə və təcrübə mübadiləsi ildən-ilə daha da zənginləşir.

ADU-nun daha 3 tələbəsi - Ayxan Abbasov, Xavərxanım Dövlətzadə və Nigar Bağırlı “World in Serbia” layihəsi çərçivəsində 2022-2023-cü tədris ilində Belqrad Universitetinin ayırdığı təqaüd proqramı ilə təhsil almaq hüququ qazanıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...