tehsil_xeberleri_metn Vətən müharibəsi qazisi direktor təyin olunub - Təhsil xəbərləri

Vətən müharibəsi qazisi direktor təyin olunub

Vətən müharibəsi qazisi direktor təyin olunub

Vətən müharibəsi qazisi Qurbanov Ceyhun Qürbət oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq Elm və Təhsil nazirinin müvafiq əmri ilə Masallı rayonu Köçəkli kənd S.Rəhimov adına tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb.

"Report"un məlumatına görə, Masallı rayonu Qarğalıq kənd tam orta məktəbinin tarix müəllimi olan Qurbanov Ceyhun Qürbət oğlu Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad olunması zamanı kəşfiyyat tağım komandiri kimi bir çox mühüm tapşırıqları layiqincə yerinə yetirib.

Qubadlı rayonu uğrunda gedən son döyüşlərdə yaralanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Cəsur döyüşçü", "Cəbrayıl rayonunun azad olunması uğrunda", "Qubadlı rayonunun azad olunması uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...