Vətən müharibəsi ilə bağlı tarix fənninə dəyişikliklər ediləcək

Vətən müharibəsi ilə bağlı tarix fənninə dəyişikliklər ediləcək - 1

Dövlət İmtahan Mərkəzi Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqaləni təqdim edib.

"Report"xəbər verir ki, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilən, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...