tehsil_xeberleri_metn Üzeyir Hacıbəylinin Hadrutda dərs dediyi məktəb - FOTO

Üzeyir Hacıbəylinin Hadrutda dərs dediyi məktəb - FOTO

Üzeyir Hacıbəylinin Hadrutda dərs dediyi məktəb - FOTO
Bu gün ölkəmizin dahi bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasından 136 il ötür.....

Azərbaycan ordusunun işğaldan azad etdiyi Hadrut ərazisi bəstəkar, publisist Üzeyir bəy Hacıbəylinin müəllimlik həyatında maraqlı mərhələ olub.

Belə ki, 1904-cü il iyunun 1-də Qori seminariyasını uğurla bitirən Üzeyir bəy “İbtidai məktəb müəllimi” adını qazanır. Həmin ildə seminariyanı bitirən 17 nəfərin hamısına təyinat verilir, təkcə Üzeyir bəy kənarda qalır. Buna səbəb onun ancaq Bakıda işləmək arzusu idi. Bu məqsədlə də Qoriyə məktub yazmışdı. 1904-cü il iyunun 30-da aldığı cavab məktubunda yazılırdı: “...Axı Siz Bakı şəhərində işləmək arzusunda olduğunuzu bildirmisiniz...”.

1904-cü il iyulun ilk günlərində Hacıbəyli Gəncə quberniyasının məktəblər inspektorluğuna müraciət edir. O, Cəbrayıl qəzasının Hadrut kənd məktəbinin üçüncü paralel sinfinə müəllim təyin edilir, avqust ayının 25-dən gec olmayaraq kəndə getməsi tələb olunur. Beləliklə, Üzeyir bəy müəllimlik fəaliyyətinə başlayır, Rus dili, Hesab, Tarixdən dərs deyir, nəğmə və musiqi öyrədir.

Lakin bir il sonra baş verən hadisə onun Hadrutdakı fəaliyyətinə son qoyur.

Üzeyir bəyə aid sənədlər arasında belə bir məktub var: “Dərslər başlamış, müəllim Üzeyir Hacıbəyov hələ də məktəbə gəlməmişdir”.

Bu sətirlər Hadrut məktəb müdirinin Gəncə quberniyasının məktəblər inspektoruna 1905-ci il oktyabr ayının 2-də yazdığı məktubdandır. Belə ki, 1905-ci ildə ermənilərlə türklər arasında başlanan münaqişə nəticəsində Üzeyir bəy Hadrutu tərk edir, avqustun axırlarında Bakıya gəlir.

Beləliklə, Üzeyir bəyin Hadrutdakı qısa müəllimlik dövrü başa çatır.

AzEdu.azTeleqraf.com-a istinadənÜzeyir bəyin ev muzeyində qorunan Hadrutdakı məktəbin fotoşəkillərini təqdim edir:

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.