Uşaqlar və internet. Necə istifadə etməlidirlər?

Uşaqlar və internet. Necə istifadə etməlidirlər?

İnternet istifadəçiləri arasında uşaqlar üstünlük təşkil edir. Müasir dövrün uşaqlarını internetsiz təsəvvür etmək artıq mümkün deyil. Hətta kiçik yaşlı uşaqların belə, gününün çox hissəsi internetlə bağlı olur. Mütəxəssislər intermet-telefon, planşet, kompüter istifadəsinin azyaşlılarda bir çox problemlərə səbəb olduğunu bildirirlər. Bəs əslində uşaqlar hansı dövrdən internetdən istifadə etməlidirlər? Bununla bağlı qaydalar necə olmalıdır?

"Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsində (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı verilən tövsiyələri təqdim edir:

İnternet və sosial media istifadəsi zamanı uşağın yaşı mütləq nəzərə alınmalıdır. Bununla bağlı mütəxəssislərin tövsiyəsi belədir:
2 yaşa qədər: Uşaqlar monitor qarşısında, yaxud telefonla vaxt keçirmək əvəzinə, aktiv ünsiyyətə, oyunlara cəlb edilməlidir;
2-4 yaş: İnternet istifadəsi üçün hələ çox erkəndir, uşaq yalnız valideynin müşayiəti altında uyğun səhifələri ziyarət edə, rəsm çəkə, faydalı oyun oynaya, musiqi dinləyə bilər;
5-8 yaş: Uşağın kompüterdən istifadə etmə, elektron oyun oynama bacarıqları inkişaf edir. Uşaq valideynlərin nəzarəti altında icazə verilən səhifələrə girə bilər. Bu müddətdə ailənin doğru davranış şəkli ilə nümunə olması çox vacibdir;
9-12 yaş: Uşaq interneti məktəb tapşırıqları, dostları ilə ünsiyyət qurmaq və oyun oynamaq üçün istifadə edə bilər. Bu yaşlarda uşaqlar məhdudiyyətləri sevməsələr də, internet istifadəsində ailə istiqamətləndirici və nəzarətedici olmalıdır;
13-17 yaş: Bu dövrdə artıq uşaqlar interneti çox istifadə edir. Bu isə onları bir çox riskə məruz qoya bilər. Buna görə valideynlərin nəzarəti gücləndirilməlidir.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......