Universitet və kolleclərə elektron ərizə qəbulu necə aparılır?-Prosesin İZAHI

Universitet və kolleclərə elektron ərizə qəbulu necə aparılır?-Prosesin İZAHI - 1

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

İnternet vasitəsilə aparılan ərizə qəbulu martın 17-dək davam edəcək.

AzEdu.azelektron ərizə qəbulu ilə bağlı çox sayda verilən sualları nəzərə alaraq abituriyentin müraciət zamanı ərizəni təsdiq etmə prosesini addım-addım təqdim edirik:

İlk olaraq "Şəxsi kabinet"i olmayan abituriyentlərekabinet.dim.gov.azinternet səhifəsində “Şəxsi kabinet” yaradır. "Şəxsi kabinet"i olan abituriyentlər isə birbaşa ərizəni təsdiqə keçə bilərlər.

Daha sonra abituriyenteservices.dim.gov.az/erizebak/erizeinternet səhifəsinə daxil olur, sağ tərəfdə “Abituriyent üçün giriş” bölməsində “Şəxsi kabinet”in istifadəçi adı və parolunu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır. Bu zamanekranda abituriyentə aid məlumatlar “Şəxsi məlumatları”, “Əlaqə məlumatları”, “Təhsil məlumatları” və “Elektron ərizə” bölmələri başlıqları altında göstərilir. “Şəxsi məlumatları”, “Əlaqə məlumatları” bölmələrində abituriyentin şəxsi kabinetindəki məlumatlar əks olunur.

Abituriyent elektron ərizəsini təsdiq etdirmək üçün SQK-ya iki halda müraciət edir:

-DİM-in məlumat bazasında abituriyent barədə kifayət qədər məlumatlar olmadıqda;

-oğlan abituriyentlərin hərbi xidmətdənmöhlət hüquqlarının olması barədəməlumatları informasiya sistemləri vasitəsilə əldə etmək mümkün olmadıqda.

Digər abituriyentlər elektron ərizələrini özləri onlayn şəkildə təsdiq etməlidirlər. Elektron ərizəyə daxil olarkən abituriyentə elektron ərizənin hansı üsulla təsdiq oluna bilməsi haqqında məlumat verilir.

Ərizənin hər bir bölməsindəki məlumatların təsdiq olub-olmaması, bölmə başlığındakı qeyd işarəsinin yaşıl və ya qırmızı olması ilə seçilir. Abituriyent məlumatları təsdiq olunmayan bölmələri doldurmalı və yadda saxlamalı, məlumatların doğruluğuna əmin olduqdan sonra “Təsdiq et” düyməsini basmaqla onları təsdiqləməlidir.

Diqqət tələb edən əsas bölmələrdən biri də test imtahanı haqqında məlumatlar bölməsidir. Bu bölmədə abituriyent üç istiqamət üzrə müsabiqədən (test imtahanından) birini və ya bir neçəsini seçə bilər:

  1. Ali təhsil müəssisəsinin I-IV ixtisas qrupu üzrə test imtahanında iştirak etmək istəyirəm;
  2. Ali təhsil müəssisəsinin V ixtisas qrupuüzrə müsabiqədə(test imtahanında) iştirak etmək istəyirəm;
  3. Tam orta təhsil bazasındaorta ixtisas təhsili müəssisələriüzrə müsabiqədə(test imtahanında) iştirak etmək istəyirəm.

Abituriyentin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün müraciətininilk dəfə olub-olmamasından, iştirak etmək istədiyi müsabiqələrin (imtahanların) növündən və sayından asılı olaraq, tələb olunan xidmət haqqının məbləği barədə məlumat elektron ərizədə göstərilir. Ərizəni təsdiq edərkən tariflər və onların ayrı-ayrılıqda dövlət və ya abituriyent tərəfindən ödənilməsi haqqında məlumat bir daha abituriyentə çatdırılır. Müvafiq kateqoriyalardan olan şəxslərin ödənişdən azad olunması ilə bağlı məlumat isə ekranda göstərilir. Abituriyent “Razıyam, ərizəni təsdiq et” düyməsini basmaqla ərizəni təsdiq edə və ya “İmtina” düyməsini basmaqla elektron ərizənin təsdiq olunmasını sonraya saxlaya bilər. Şəxsi kabinetinin hesabında təsdiq üçün kifayət qədər vəsait olmayan abituriyentlər ilk olaraq hesablarını artırmalıdırlar. Təsdiq etdikdən sonra elektron ərizəni çap etmək lazımdır.Əgər “Çap et” düyməsi passiv olarsa, deməli, elektron ərizə təsdiq olunmayıb.

Diqqət! Elektron ərizənin doldurulması və təsdiqi ilə bağlı abituriyentlərin aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri tövsiyə olunur:

Abituriyent “Şəxsi kabinet”in hesabına vəsait qoymazdan əvvəl elektron ərizədə onun təsdiq edilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasını müəyyən etməli, yalnız bundan sonra tələb olunan məbləği “Şəxsi kabinet”in hesabına əlavə etməlidir.

Ərizəni doldurduqdan sonra məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədilə “Çıx” düymə­sini basmaq lazımdır.

Qeyd edək ki, elektron ərizəsinin təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

  • Paylaşmağı unutma

Səhr yaz

İrəvan Müəllimlər Seminariyası - 140

İrəvan Müəllimlər Seminariyası - 140

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını milli yaddaşın bərpasına hədəflənib. Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir.

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gündən şagird yerdəyişməsi dayandırılır

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu barədəTəhsil Nazirliyindən məlumat verilib. Səbəb məktəblərdə siniflərin...

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı yanvarın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. Bu barədə AzEdu.az-a...

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

Sınaq imtahanları niyə bahadır?-DİM-dən CAVAB

2022-ci il üçün yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri məlum olub. Ümumilikdə isə sınaq imtahanları ilə bağlı əsas narazılıq qiymətlərin yüksək olmasıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan imtahan qiymətlərinin...