tehsil_xeberleri_metn UNEC müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olunub

UNEC müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olunub

UNEC müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olunub

Yeni tədris olunan ixtisaslar üzrə beynəlxalq sertifikasiya təlimlərini uğurla bitirən UNEC müəllimlərinə sertifikatlar təqdim olunub.

AzEdu.azxəbər verir ki, 2020/2021-ci tədris ilindən başlayaraq, ABŞ, Rusiya, Türkiyə, İsveçrənin aparıcı universitetlərinin mütəxəssislərinin keçdiyi təlimin birinci proqramında UNEC-də tədris olunan yeni 13 fənn üzrə 199 müəllim, ikinci proqramda isə 66 fənn üzrə 576 müəllim iştirak edib.

Təlimlərin sonunda iştirakçıların əldə etdikləri biliklərin attestasiyası aparılıb.

Birinci təlim proqramı üzrə keçirilmiş imtahanlarda sertifikat əldə etmək hüququnu qazanmış 63 nəfərdən - 12 nəfəri Artvin ÇoruhUniversitetinin, 27 nəfəri Yıldız Texniki Universitetinin, 24 nəfəri isə UNEC-in fənn üzrə müvəffəqiyyət sertifikatınıqazanıb.

İkinci təlim proqramı üzrə isə 265 nəfər əməkdaş fənn üzrə müvəffəqiyyət sertifikatını əldə etmək hüququnu qazanıb. Onlardan 16 nəfəri Hacettepe, 58-i İstanbul, 10-nu Yıldız Tekniki Universitetinin, 181 nəfər isə UNEC-in fənn üzrə müvəffəqiyyət sertifikatını əldə edib.

Xatırladaq ki, UNEC-in təşkilatçılığı ilə müxtəlif ixtisaslar üzrə keçirilən təlimlərin məqsədi texniki və yeni fənlərin tədrisində beynəlxalq təcrübəni öyrənmək, müəllimlərin bu sahədə bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.