UNEC-in gənc tədqiqatçısı Qlazqo Universitetini ən yüksək göstərici ilə bitirib

Bakı, 5 dekabr,AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Nicat Muradzadə dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsi sırasında yer alan Böyük Britaniyanın Qlazqo Universitetinin beynəlxalq iqtisadiyyat ixtisası üzrə magistratura dərəcəsini ən yüksək göstərici ilə bitirib.

UNEC-dənAZƏRTAC-a bildirilib ki, N.Muradzadə ali təhsil aldığı müddətdə universitetin üstün müvəffəqiyyət təqaüdü olan “Kansler təqaüdü”nə layiq görülüb. Yazdığı kurs işləri və dissertasiyası isə nümunəvi elmi əsər kimi universitet kitabxanasında saxlanılır. N.Muradzadə bundan öncə Türkiyənin İstanbul Universitetinin biznes və idarəetmə ixtisası üzrə bakalavr dərəcəsini ilk üçlükdə tamamlamışdı. O, bir kitabın, 4 elmi məqalənin, 2 konfrans materialının, bir neçə praktiki tövsiyənin, Azərbaycan və ingilis dillərində yerli və xarici mətbuatda dərc olunmuş çoxsaylı elmi-publisistik məqalənin müəllifidir.

  • Paylaşmağı unutma

Səhr yaz

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib....

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

E-jurnal və e-gündəlik tətbiq edilən təhsil müəssisələri

2023-2024-cü tədris ilində e-jurnal və e-gündəlik platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayı 453-ə çatıb. Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən sistemdən hazırda Bakı şəhəri ilə yanaş...

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

Məktəblərdə psixoloqların sayı nə qədərdir?

"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır". “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” ...