tehsil_xeberleri_metn UNEC-in Dərbənd filialına sənəd qəbul aparılır - Təhsil xəbərləri

UNEC-in Dərbənd filialına sənəd qəbul aparılır

UNEC-in Dərbənd filialına sənəd qəbul aparılır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2022/2023-cü tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu aparılır.

UNEC-dənAzEdu.az-a bildirilib ki, qəbul maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit və ümumi iqtisadiyyat ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə təşkil olunur.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı əsasında qəbul edilir.

Xarici ölkələrin vətəndaşları üçün qəbul riyaziyyat, rus dili və xarici dil fənləri üzrə keçirilir.

Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları riyaziyyat, coğrafiya, Azərbaycan və ya rus dili fənləri üzrə aparılır.

Qəbul barədə ətraflı məlumatı UNEC-in və Dərbənd filialının rəsmi saytlarından əldə etmək mümkündür.

  • Paylaşmağı unutma

Səhr yaz

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

Bu gün neçə mind IX sinif şagirdi buraxılış imtahanı verib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. "Report" xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, ...

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Birinci sinfə qəbul prosesinin vaxtı açıqlandı

Yeni tədris ili üçün orta məktəblərin birinci sinfinə qəbul prosesinin başlayacağı vaxt açıqlanıb. "Report" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərə məlumat

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilib...

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar bayram günləri

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri məlum olub. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, ... günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl...